Ötən ay 2371 nəfərə əmək pensiyası təyin olunub

Fevral ayında 2371 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Qurum rəsmisinin sözlərinə görə, pensiya təyin olunanlardan 50,4%-ni kişilər, 49,6%-ni isə qadınlar təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31