Bəyan olunmayan mallar aşkar edilib
2 Mart 2021 12:33 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "İveco" və "Renaut" markalı yük nəqliyyat vasitələri saxlanılıb və baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar2a bildirilib ki, yoxlama zamanı yük nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən 550 kapsul, 120 həb, 16 flakon qida əlavələri, həmçinin 10 ədəd ətir, müxtəlif adda boyalar və 184 ədəd üzərində "Wirelock" yazılan qablaşdırmada yapışqan maye aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31