Agentliyə bir ildə 3187 müraciət daxil olub
2 Mart 2021 11:53 Sosial2020-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 3187 vətəndaş müraciəti daxil olub. Agentlikdən "Olaylar"a bildirilib ki, bu müraciətlərin 890-nı KOB maraqlarının müdafiəsi ilə bağlı olub. Bu müraciətlərin 28%-i dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub, 54%-nə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 11%-i isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31