2 məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub
2 Mart 2021 11:32 SosialKorrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Məhkəmə Hüquq Şurası tərəfindən məhkəmələrdə monitorinqlər aparılır. "Olaylar" xəbər verir ki, monitorinqlər nəticəsində yol verilən bir çox nöqsanlar aradan qaldırılıb, o cümlədən 2 məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub. Fəaliyyətdə şəffaflığın təmin edilməsi üçün məhkəmə qərarlarının dərci üzrə xüsusi proqram təminatı hazırlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31