Gürcüstandakı partlayışda azərbaycanlı məktəbli öldü
1 Mart 2021 16:34 SosialGürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda məktəb binasının yaxınlığında partlayış baş verib.
Olaylar.az xəbər verir ki, hadisə nəticəsində etnik azərbaycanlı olan 11 və 15 yaşlı iki qardaş yaralanıb.
Ağır bədən xəsarətləri alan 15 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Atasının sözlərinə görə, partlayışa səbəb uşaqların məktəbdən qayıdarkən tapdığı naməlum əşya olub.
Partlayış baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.
(apa)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31