Salyanda qanunsuz ov edən şəxslər saxlanıldı
1 Mart 2021 14:16 SosialSalyanda qanunsuz ov edən şəxslər saxlanılıb.Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən fevralın 26-da Yenikənd kəndi ərazisində qanunsuz ov edən Qarabağlı kənd sakinləri N.Rüstəmov, M.Əkbərov və R.Əmralıyev tutulub. Onlardan 2 ədəd "Huğlu" və 1 ədəd "Cıfsan" markalı ov tüfəngləri götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31