Hərbçilərə güzəştlərin tətbiqi yenidən gündəmə gətiriləcək
1 Mart 2021 12:57 SosialMilli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi hərbçilərə güzəştlərin edilməsi haqqında təkliflər hazırlayacaq. Bu barədə deputat Aqil Abbas məlumat verib. Deputat qeyd edib ki, çətin şəraitdə xidmət edən hərbçilərə güzəştlər olunmalıdır: "Ermənistanla sərhəddə, habelə iqlim şəraitinə görə çətin hesab edilən Rusiya ilə sərhəddə xidmət edən hərbçilərə müəyyən güzəştlər olunmalıdır. Milli Məclisdə bununla bağlı müzakirə olub. Üzvü olduğum Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi qanun layihəsi təklif edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31