Martın 2-də Əfv Komissiyası yenidən yığışacaq
1 Mart 2021 10:53 SosialAzərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının nə vaxt keçiriləcəyi məlum olub. "Olaylar"ın məlumatına görə, komissiyanın növbəti toplantısının martın 2-də keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, indiyədək komissiyanın 4 iclası keçirilib və daxil olan müraciətlərin 450-dən çoxuna baxılıb. İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31