Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib
28 Fevral 2021 14:27 SosialDövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov qəbula yazılmış vətəndaşların müraciətini onlayn formatda dinləyib.
"OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, müraciətlər əsasən miqrasiya xidmətləri, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin işə qəbulla bağlı olub.
Vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Xidmət rəisi qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31