Vilayət Eyvazovdan YENİ ƏMR
27 Fevral 2021 14:18 SosialŞabran Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.
Olaylar.az "report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, polis general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Cəmil Nəsirov Şabran RPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.
O, bu vaxta qədər həmin şöbədə Xidmət üzrə rəis müavini vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31