Faciə qurbanları İsmayıllıda yad edilib

Tarixi düşmənlərimiz olan ermənilərin yalnız Azərbaycana deyil, bəşəriyyətə qarşı törətdiyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar pandemiya qaydaları gözlənilməklə rayonun  bütün idarə və təşkilatlarında müxtəlif məzmunlu onlayn konfranslar, görüşlər silsilə tədbirlər ardıcıl olaraq həyata keçirilib. Xocalıdan olan məcburi köçkünlər evlərində ziyarət olunub.

"OLAYLAR" xəbər verir ki, gün ərzində "Ana harayı" abidəsini ziyarət əvvəlki illərdən fərqli şəkildə mövcud karantin qaydalarının tələbinə uyğun olaraq həyata keçirilmişdir. Kəndlərdə şəhid məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Saat 17:00-da Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31