Bakıdakı yarmarkalarda QİYMƏTLƏR necədir?

Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə "Kənddən Şəhərə" Yarmarkası keçirilir.

Bu barədə  Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.

O bildirib ki, bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaq.

Qurum rəsmisi həmçinin, yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərindən söz açıb. Belə ki;

Kartof - 0.55 AZN-dən

Soğan - 0.65 AZN-dən

Alma - 0.60 AZN-dən

Pomidor - 1.00 AZN-dən

Mandarin - 1.80 AZN-dən

Portağal - 1.70 AZN-dən

Badımcan - 1.30 AZN-dən

Kələm- 0.50 AZN-dən

Çuğundur- 0.65 AZN-dən

Kök - 0.60 AZN-dən

Yumurta- 0.25 AZN

Xurma - 0.80 AZN

Nar - 1.50  AZN-dən

Göyərti - 0.15 AZN

Heyva - 0.80 AZN.

Xatırladaq ki, yarmarkanın ünvanları belədir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31