Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başladı
27 Fevral 2021 11:30 SosialXarici KİV nümayəndələrinin Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri başlayıb.
Olaylar.az xəbər verir ki, əcnəbi jurnalistlər səfər zamanı işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə, bu rayonlarda elektrik şəbəkələrinin bərpası işlərinin gedişi ilə tanış olacaq, həmçinin Füzulidəki beynəlxalq hava limanının inşaat sahəsində və Füzulidən Şuşaya çəkilən Zəfər yolunda olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31