Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 şəxsə qarşı ittiham irəli sürülüb və onlar axtarışdadır.

Olaylar.az bildirir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin şəxslərin 40 nəfəri Xocalı soyqırımı, digərləri isə Meşəli, Qaradağlı, Bağanis Ayrım qətliamları və başqa cinayətlərlə bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31