Şərur sakinindən narkotik və silah götürülüb

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Mahmudov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın heroin və metamfetamin aşkar edilmişdir. DİN-dən "Olaylar"a verilən məlumata görə, davam etdirilən tədbirlərlə onun Ramana qəsəbəsindəki evinin zirzəmisinə baxış zamanı oradan 1 kiloqram 100 qram heroin, elektron tərəzi və 1 ədəd müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş "İJ-K" markalı ov tüfəngi götürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31