Sumqayıt sakinindən narkotik götürülüb
26 Fevral 2021 14:57 SosialNarkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həsənov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın metamfetamin götürülmüşdür. Ətrafında aparılmış tədbirlərlə onun müxtəlif vaxtlarda 1 nəfərin cibindən, 9 nəfərin çantasından ümumilikdə 2845 manat pul, bank kartları və sənədlər oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31