Xocalı qurbanlarının xatirəsi saat 17:00-də yad olunacaq

Bu gün Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, bununla bağlı Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılacaq, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlarda fit veriləcək. Sükut saat 17:00 - da olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31