Həkimlər yerli "Covaxin" peyvəndindən imtina ediblər
25 Fevral 2021 23:47 Sosial"Hindustan Times" xəbər verir ki, Hindistan həkimləri burada hazırlanan "Covaxin" koronavirus peyvəndindən imtina ediblər.Qeyd edək ki, Hindistanda əhalinin təxminən 11%-i artıq peyvən olunub. Burada istifadə olunan və Hindistan səlahiyyətliləri tərəfindən təsdiqlənən yalnız iki peyvənd növü var. Onlardan biri "Oxford" peyvəndi sayılan "Covishield " və Hindistanda hazırlanan" Covaxin"dir. Bu peyvəndlərin hər ikisi hal-hazırda araşdırmanın üçüncü mərhələsindədir.
Hindistan Səhiyyə Nazirliyinin paylaşdığı son məlumatlara görə , ölkədə 12,3 milyon insan, o cümlədən 8 milyon həkim və onlara koronavirusla mübarizədə kömək edənlərin 4,3 milyonu - polis və təcili yardım işçiləri peyvənd olunub. Eyni zamanda, artıq 1,4 milyon insan peyvəndin ikinci dozasını alıb.
Hindistanın "Bharat Biotech" şirkəti tərəfindən hazırlanan "Covaxin" peyvəndinin təsirini izləmək üçün istifadə edilən onlayn platforma olan "Co-Win"in yaydığı məlumatlara görə, yalnız 1,2 milyon insan peyvənd olunmuşdur.
Hindistanın Maharaştra əyalətinin peyvənd üzrə məsləhətçisi Subhash Salunhenin sözlərinə görə," Covaxin"i sadəcə bir sınaq peyvəndi kimi qəbul etmək lazımdır.
"İki sahil"