Vilayət Eyvazovdan yeni TƏYİNAT
26 Fevral 2021 10:41 SosialDaxili İşlər orqanlarında yeni təyinat olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Elnur Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə xidmət üzrə rəis müavini təyin olunub.
Qeyd edək ki, o, daha öncə Naftalan Rayon Polis Şöbəsində rəisin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində çalışıb. unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31