Sumqayıt sakinindən odlu silah götürülüb
14 Yanvar 2021 12:48 SosialSumqayıt şəhər sakini Ş.Rzayevdən silah-sursat götürülüb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən xəbərə görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Rzayevdən nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31