Keçmiş məhkumda narkotik aşkar edilib
14 Yanvar 2021 12:46 SosialNarkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəmir rayon sakini T.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın marixuana, 1 kiloqram heroin və 101 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31