Hündürlükdən yıxılan fəhlə bədən xəsarəti alıb
14 Yanvar 2021 12:44 SosialYanvarın 13-də saat 11 radələrində Göyçay rayon sakini 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31