ŞİRAZDAN ŞUŞAYA
14 Yanvar 2021 10:17 Sosialİki il bundan irəli-2018 ilin yayında, birhəftəliyinəBakıya getdim. Azərbaycanhaqqındaçox dərin bilgili deyildim. Bakı, Gəncə, Şuşa, Naxcıvan və Astara adını eşitmişdim. On il bundan oncə Təbrizli bir tanışımmənə "Arşın mal alan" və "O olmasın, bu olsun(Məşədi İbad)" filmlərinin kasetlərini vermişdi. Bu mənim Azərbaycan sineması və Üzeyir Hacıbeyovun yaradıcılığı ilə ilk tanışlığımın əsasını qoymuşdu. Mənim için çox ilginc idi ki, Azərbaycan Respublikasında yaşayanlarla dilimiz, adətlərimiz və ənənələrimiz bu qədər yaxındır. O zaman mahnılarını sevə-sevə dinlədiyim Rəşid Behbudovun, Bülbülün, Flora Kərimovanın, Arif Babayevin, musiqilərinə heyran olduğum Üzeyir Hacibəyovun, Fikrət Əmirovun, Səid Rüstəmovun və b. Qarabağdan olduğunu bilmirdim. Azərbaycan haqqında bilgim də İranın qəzet-jurnallarından, radio-televizyasından xəbərlərdən və məqalələrdən ibarət idi. 1990-cı illərdə Azərbaycanlılar İran İslam Respublikası ilə aralarındakı sərhəd qurğularını dağıdıb qardaşlarına qovuşmaq istəyəndən sonra Qarabağ haqqında da eşitməyə başladım. Azərbaycanın şəhər və kəndlərini Rusiyanın köməyi ilə Erməni quldurları işğal etdikcə ürəyimiz dağlanırdı. Gəlib kömək etmək istəsək də xarici ölkə vətəndaşı olduğumuzda arzumuzu reallaşdıra bilmirdik.
Sərhədlər açılandan, viza ilə gediş gəlişə icazə veriləndən sonra da müəyyən səbəblərdən Azərbaycana gələ bilmədim. Axır ki, 2018-ci ilin yayında istəyimə nail oldum. İranın daxilində işləyən təyyarələrin gecikməsi normal hal almışdır. Mən də ölkənin ən güneyindəki Cəm şəhrində yaşayırdım. Daxili reyslərdə uçaqların gecikdiyini nəzərə alarak Bakıya getməküçün təyyarə biletimi Cəm-Əsəluyə-Tehran-Bakı marşurutuna aldım.
Öncədən internetlə Bakıda həm ev kirələdim, həmdə dolanıb-gəzəcəyim yerləri bəllədim. Bunlarınən mühümləri Nizami (Tarqovı) küçəsi, Fəvvarələr meydanı, Şəhidlər xiyabanı,Fəxri xiyaban, Bakı bulvarı, Heydər Əliyev mədəniyyət mərkəzi, Qəbələ rayonu, bazar və s. idi.
Bakıya gecikmədən gəlib çatdım. Kirayələdiyim evdə yerləşdik. Sonra gördüm ki, piyada gəzməklə istədiyimə nail ola bilməyəcəm. Şəhər mənim düşündüyümdən çox böyükdür. Qəbələ şəhərinə getməyə gecdik. Buna səbəb dəyərli azərbaycanlı dostum Əli Şamilin məsləhəti oldu. O, dedi ki, Azərbaycan Silahli Güclərinin 100-cü ildönümünə görə bayram şənlikləri keçiriləcək. Ona tamaşa etdikdən sonra Qəbələ şəhərinə getsəniz daha yaxşıdır. Biz də onun məsləhətinə əməl etdik. Qəbələyə getmək yerinəevdə qaldıq ki,Azadlıq meydanında və onun ətrafındakı küçələrdə gerçəkləşdirilən əsgəri paradabaxaq.
Kirayə etdiyimizev Azadlıq meydanına çox yaxında, Puşkin və Üzeyir Hacibeyli küçəsininqovuşağındaydı. Buna görədəparadaevimizin balkunundan qolaylıqla tamaşa edə bildik. Bu hadisə mənim və xanımım için bir böyük şans oldu. İlk kəzidi Türk əsgərlərininparaddan keçdiyini yaxından görür vəhəyəcanlanırdıq.Bu mənə bir qürur hissi verirdi. Çox əzəmətli, təntənəli bir güc nümayişi idi. Türkiyə Cümhuriyətindən dəəsgəribirliklər vardı.Türkiyənin neçə uçağı da bu paraddaişitirakedirdi. Hava gücləri göydə çox gözəl manevirlər edir, sanki quş uçuşunu nümayiş etdirirdilər.
Əsgərlərsıra ilə getdikləri halda bölə sloqansöyləyirdilər: "Qarabağ bizimdir, bizim olacaq!"
Mən bu paraddanqabaq Qarabağ mövzusunda bir az oxumuşdum. Parada baxdıqdaAzərbaycanın bağımsızlığiniyenidən əldə etdiyi 27 ildə hansı inkişaf yolunu keçdiyinin şahidi oldum.Dinlədiyim şeirlərvəmahnılardayaşanmış faciələrin xalq yaddaşında yaşadığını, unudulmadığını gördüm. Orada vətənin şəhərləri, kəndləri vədoğasının gözəlliyi, bir dərin məhəbbətlə söylənirdi. Əldən verilən torpaqlar,baş vermiş faciələr, 1 milyon adamınqaçqın və köçkün həyatı yaşamasıAzərbaycan xalqınınqürurunu sındirmamişdir. Gerçəkdən bu müsibət yalnızAzərbaycan xaqının deyil, ayrı coğrafıyalarda yaşayan Türk xalqları üçün də ağır yükə çevrilsə də itirdiklər şəhər və kəndləri geri alacaqlarına inamları vardı.
Birinci Qarabağ müharibəsində mən 14-15 yaşımdaydım.Azərbaycan sərhəddindəniki min kilometrdən çox uzaq, İranın ən günəyində yaşayırdım. Bunun üçün fəqət BBC radyosundan bu qəmli hadisələrin xəbərlərini eşidirdim. İran-İraq arasındakı 8 illik savaş təzə tükənmişdi. Buna görə savaş halında olan bir ölkənin nə halda olduğunu yaxşı bilirdim.
Bu səfər Bakıda olduğum vaxt, Azərbaycan ordusunun paradını (san verdiyini) yaxından görürdüm. Özümdən sorurdum, niyə bölə bir əzəmətli orduya Qarabağı işğaldan qurtarmaqüçün fərman verilmir? Bu dəfə Türkiyənin də köməyi olar. Rusiya da hər nə qədər güçlü olsa, özəliklə 2014-cü ildə Ukraynadakı hadisələrdən sonra və Batı embarqoları nəticəsində, özünün müşkülləri az dyil. Fikir edirdim ki, bu işə o qədər əngəl olmaz. Bundan ayrı, bu diləyin arxasında, güclü bir milli himayət də vardır. Bu illər ərzində, işğal olunmuş torpaqları geri aldiq üçün əsgəri bir əməliyat olmadı ancaq Azərbaycanın məşhur ədibləri, şairləri, irçiləri (müğənniləri) və müsiğiçiləri Qarabağ həsrətini canlı saxlayırlar.
Həm Azərbaycanın, həmdə Qarabağın Qaşqayılarla əlaqəsi var.Yüz ilə yaxınıdıİran və Azərbaycan Respublikasi Türkləriarasında irtibat yoxudu. Ama Qaşqayların danışıqlarıAzərbaycan Respublikasında yaşayanların dilinə ən yaxın olandır. Yəni bir Qaşqayı adamı, Azərbaycan Respublikasında yaşayanın danışdığını Təbrizlinin ləhcəsindən daha qolaybaşa düşür. Əlbətəbəzi Rusça kələmələr bu arada var, ancaq bunların çoxunluğu feil deyil. Çoxu bir şeyin adıdır. Bu kəlmələrdə heç anlamaya əngəl olmur. Dil yaxınlığından ayrı, Qaşqay folkuluru içindəAzərbaycan şəhərlərin adı çox zıkr olunur. O cümlədən "Kərəm vəƏsli" dastanında İrəvan və Gəncə adı gəlir.
İrəvandan gəldim bəri,
Əbdal oldub,geydim dəri,
Səvdim alagöz dilbəri,
Marala bax, bax, bax.
Buda ondan dolayıdır ki,İrəvan şəhəri Ruslarınəlinə düşməkdən irəli bir Türk şəhəriymiş.
Hətta indi də Qaşqayılar içində "İrəvanı" soyadı bulunur. İndiki Rusiya sərhədləri içində olan Dərbənd haqqında mahnı varımızdır.
Dərbənd ki, deyərlər bir parça bağdır,
Alt yanı dərya, üst yanı dağdır,
Yetişmiş mevəsi, dərməli çağdır,
Alması, heyvası, narı Dərbəndin.
Qərşidəki Xankəndi,
Su səpdim, su tükəndi,
Gözlərəm ta yar gələ,
Şirin ömrüm peyvəndi
Ünlü şairimiz Mirzə Məzun Qaşqayı(1830-1895), yaxlaşıq yüz əlli il bundan əvvəl Həştərxandanı bölə yad édir:
Müddət idi yatmış idi oyandı,
Yengi başdan gəldi cana ürəğim,
Tərlan kimin dovr eyləyib dolandı,
Hava etdi Həştərxana üregim
Bunu da demək lazımdır ki Şırazın güneyində Qarabağ çölü var. Bu çöldə sakinlərinin çoxu Türk olan15 kənd vardır. Bu çöl ilə Azərbaycan Qarabağı arasındə bir əlaqə varsa bəlli deyil.
Bu əlbətə bir əcib məsələ deyil. Qaşqaylar içində də neçə on il bundan irəli hənüz aşıqlar vardı. Aşıqlar türk elləri içində gəzib dastan rəvayət edirlərmiş. Bu xalq mahnıları və onun içindəki şəhərlər adını da illər boyu, aşıqlar canlı saxladmışlar.
Birinci Qarabağ savaşından bəri neçə dəfəiki ölkə arasında çarpışma olmuşdu. Bu savaşlar amma çox uzadılmadı. Hər zaman bir çatışma olurdu, bütün ölkələr tərəfindən savaşın yatmasını tələb edirlərdi. Bu il sentyabır ayının sonunda genə bir çatışma xəbərini eşitdim. Öz yanımda düşündüm ki, bu səfər də irəliki dəfələr təkin küçük bir olaydır, neçə gündən sora yatar. Amma günbəgün məlum oldu ki, bu savaş irəlikilərdən fərqlidir. Youtube kanallarında bir xəbər oxuyan xanımın duyğulu şəkildə, yaş tökə-tökə verdiyi qələbə xəbəri məniçox duyğulandırdı. "Azərbaycanın bəzi köyləri işğaldan azad oldu".
Bu 44günlük savaş ərzində, hər gün bu cəngin xəbərlərini Youtube kanallarından təqib edirdim. Otuz ilə yaxın işğal altında olan kəndlər, qəsəbələr və şəhərlər, bir-bir azad olurdu. Elə oldu ki, Qarabağ vəətrafındakı kəndlərin adlarının çoxunu öyrənmişdim. Xəritə üzündən bilirdim ki, növbəti hansı kəndlər azad olacaqdır.
Bu savaşınən həyəcanlı nöqdəsi, Şuşa şəhrinin fəthidi. Bu şəhər barəsində çox eşidmişdim. Nəqşə (xəritə) üstündə məlumudu ki,lap Laçınla Xankəndi arasındadır. Buna görə, bu şəhrə hakım olan ordu Dağlıq Qarabağınhamısını nəzarətə alabilir. Noyabır ayınınəvvəllərindən təyid olunmamış xəbərlər gəlirdi. Məndə həyəcanla şad xəbərləri gözləyirdim. Sonunda 8 noyabır rəsmi xəbəri Cumhur Başqanı İlham Əliyev bildirdi. Bu xəbərieşidəndə çox həyəcanlandım. Tez onuictimayı şəbəkələrdəQaşqayı guruplarda paylaşdım.
Qarabağ xanı Pənahəli xanın bina qoyduğu şəhrin azad olduğu həm əsgəri, həmdə mənəvi baxımdan böyük bir başarıdı Azərbaycanüçün. Bu şəhrin stratejik əhəmiyəti bir yana, onu necə azad etdik də bir yana. Xəritə üzündən və GoogleEarthdən onunyerləşdiyi coğrafiyaya baxanda, görünür ki, nə qədər ora çatdık çətindir. Sonra orayı fəth edən mubarizlər və məğlub olan erməni tərəfləri açıqladı ki,Azərbaycan ordusununözəl güçləri necə dağlardan, sıldırım qayalardan, ormanlıqdan özlərini ora çatdırmışlar. Ermənilər onların yol tərəfindən hücüm etdiklərini gözlərlərmiş. Amma bu iyidlər ən təhlükəli və çətin yolu seçərək, cəngəllər içindən, qayalardanyüksəyə çixdıkdən sonra, birdən ermənilərə həmlə edmişlər. Burada bir əlbəyaxa savaş başlanır. Sıcaq sılah yerinə, biçağınan düşmən güclərininəvvəlki xətini darma-dağın edərlər. Bu tarıxı savaş ikinci dunya muharıbəsindəki D-Day savaşınan müqayisə olabilər. Fransanın Normandı sahillərındə komandoların yendiyi faşist Alman ordusunun məğlub olduğunun başlayışı oldu. Burada Şuşa şəhrininalınması, bu savaşın nəticəsini bəlli etdi.
Bir gün bundan sonra, Ermənistan təslim olaraq, Rusiya arabulucusuylasavaşı yatıranbəyanatə imzaladı. Bundan sonra bu savaşın tarixindən çox yazarlar. O zaman ki,erməni cinayətkarları körpə uşaqları ayaqyalın öz evlərindən qovurlardı, heç fikir edmirlərdi ki, bir zaman bu uşaqlar tanklarla, SİHAlarıla qayıdacaqlar.Bu qırx dörd günlük savaşın nəticəsindən fəqət Azərbaycan xalqi deyil, İran türkləridə xoşhal oldu.
Ümidim var ki,ən yaxın zamanda Qarabağı görmək mənədə nəsib olar. Xüsusən Şuşanın dumanlı dağlarını, o məşhur qalasını yaxından görəm və orada Qarabağ şikəstəsini eşidəm.
Cəfər Eyvəzi Yadıkuri