Deputat: “Mediada olan çatışmazlıqlar aradan qaldırılacaq”
13 Yanvar 2021 13:57 Sosial"Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi təkmilləşmiş formada fəaliyyət göstərəcək. Mediada olan çatışmazlıqlar aradan qaldırılacaq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sabir Hacıyevin sözlərinə görə, eyni zamanda, media ilə bağlı dünya təcrübəsi də öyrənilməli və tətbiq edilməlidir. Mediaya diqqəti artırmaq, müstəqilliyini gücləndirmək, inkişafına yol açmaq üçün xeyli işlər görülməlidir: "Yeni qanunda da bəzi məsələlər əks olunmalıdır. Qanunda peşəkarlığın daha yüksək olmasına da nəzarət edilməlidir. Media dövlətin və cəmiyyətin inkişafına hər zaman töhfə verməlidir. Mediadan çox şey asılıdır. İnsanlar hər hansı məlumatı, cəmiyyətdə gedən prosesləri, analitik yazıları mediadan əldə edir. Media cəmiyyətin inkişafı üçün çox güclü silahdır. Mətbuatda sağlam mühit formalaşdırılmalı və peşəkarlıq qorunmalı, hadisələrə müstəqil yanaşma olmalıdır. Ümid edirəm ki, yeni qanunda bunlar öz əksini tapacaq. Hesab edirəm ki, yeni yaradılan Agentlik müsbət işlər görmək məqsədi daşıyır".