Evlərə qənim kəsilən keçmiş məhbus ələ keçib

Oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini S.Səlimov saxlanılıb. DİN-sən "Olaylar"a verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 2450 manat dəyərində kondisioner, kombi, divar saatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Səlimov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun Xırdalan şəhəri ərazisində 2 nəfərə məxsus yarımtikililərdən 150 metr elektrik naqili, təmir-tikinti alətləri, inşaat materialları və avtomobil ehtiyat hissələri oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31