"WhatsApp"dakı hansı şəxsi məlumatlarımız "Facebook"a ötürüləcək?
13 Yanvar 2021 12:57 SosialBu barədə məlumatı texnobloger Fərid Pərdəşünas öz "youtube" kanalında paylaşdığı videosunda verib.
"WhatsApp" şəxsi məlumatları 3-cü tərəflə paylaşmır. Yalnız hamıya açıq olan məlumatlar Facebookla reklam məqsədi ilə bölüşdürülür. Şəxsi məlumatlar deyəndə istifadəçinin "WhatsApp"a təqdim etdiyi məlumatlar yəni, ad, soyad məlumatlarımız, nömrəmiz, dostlarımıza göndərdiyimiz məkan məlumatları nəzərdə tutulur. Əgər, bu şərtlə razı deyilsinizsə onda vatsapı silə bilərsiniz. Lakin şəxsi yazışmaların, şəkillərin, videoların hamı tərəfindən görülməsi mifdir.
Qeyd edək ki, "WhatsApp" yanvar ayının 4-də yeni istifadəçi qaydalarını tətbiq edib. Tətbiqlə razılaşmayanlar fevral ayının 8-dən bu sosial şəbəkəni istifadə edə bilməyəcəklər.
Olaylar.az həmin videonu təqdim edir :https://youtu.be/VCrUw09fCbc