Azərbaycan mediası keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq
13 Yanvar 2021 12:11 Sosial"Azərbaycan Respublikasının Müdianın İnkişaf Agentliyinin (MİA) yaranması ideyasının dövlət başçısının Fərmanı ilə təsdiqlənməsi artıq medianın yeni mərhələyə keçidi deməkdir". Bu fikirləri "Olaylar"a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. B. Quliyev bildirib ki, bu günə qədər medianın inkişafı məqsədilə qərarların qəbulu, sərəncamların verilməsi, hüquqi bazanın yaradılması inkişafı tənzimləyən bir addım idi: "Amma bu gün dünyanın yeni çağırışları, qlobal dünyanın ehtiva etdiyi yeniliklər Azərbaycan mətbuatının da yeni mərhələyə keçidini zəruriləşdiridi. Bu baxımdan dövlət başçısının fərmanı ilə yaradılan Medianın İnkişaf Agentliyinin fəaliyyəti yeni dünyanın çağırışlarını özündə əks etdirən mətbuatın formalaşmasına gətitrib çıxaracaq. Artıq MİA KİFDF-nin varisi kimi təkcə kütləvi informasiya vasitələrinin çap mediasına deyil, eləcə də elektron və internet medianı birgə inkişafını quracaq. Heç şübhəısiz ki, bu da yeni dünyanın çağırışlarına cavab verəcək. Digər tərəfdən, müasir mətbuatın yeni dünyaya qovuşmasının mənzərəsini yaradacaq".
Onun sözlərinə görə, dövlət başçısının fərmanında diln, mənəvi dəyərlərin, ənənələrin, əxlaqi dəyərlərin qorunması ilə bağlı müəyyən nüanslar var: "Artıq yeni qanunun qəbulu məsələsi gündəmə gəlir. Beləliklə, mətbuatımız həm milli, mənəvi, əxlaqi dəyərləri qoruyacaq, həm də dünya mətbuatına transfer edəcək. Bu Agentliyin yaranması onu göstərir ki, Azərbaycan dövləti medianın inkişafında nə qədər maraqlıdır. Belə ki, mətbuata yeni yanaşma, yeni qanunların qəbulu, mediaya dəstək üçün maliyyənin ayrılması, elektron medianın inkişafı kimi məsələlərə kompleks şəkildə yanaşma bunu bir daha təsdiq edir. Ümumilikdə Medianın İnkişaf Agentliyinin yaranması ilə bağlı imzalanan fərman daha fundamental və konseprual bir sənəddir. Bu sənədə əsasən Azərbaycan mediası keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq".