Koronavirus peyvəndləri Azərbaycana gətirildi

SARS-CoV-2 koronavirus peyvəndinin ilk partiyası Azərbaycana daxil olub.

Olaylar.az xəbər verir ki, məlumatı "Sputnik Azərbaycan" yayıb.

Nəşrin mənbəsinə görə, Çin istehsalçısı SinoVac-dan sifariş edilən peyvənd ölkəyə gətirilib.

O da bildirilir ki, ilk mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı vətəndaşlar koronavirus peyvəndi alacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31