Şəkər çuğundurunun güzəştli sığortası başlayıb

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə şəkər çuğunduru sahələrinin sığortalanması şərtləri açıqlanıb. Aqrar Sığorta Fondu bildirir ki, fermerlər və iş adamları 2021-ci ildə şəkər çuğunduru sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. "Olaylar" xəbər verir ki, hazırda şəkər çuğunduru Azərbaycanın əksər rayonlarında, xüsusilə Tovuz, Şəmkir, Hacıqabul, Beyləqan, İmişli, Füzuli, Biləsuvar və digər bölgələrdə əlilir. Şəkər çuğunduru sahələrinin sığortalanması zamanı bitkinin  məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq. Qaydalara əsasən, hesablama aparılması üçün şəkər çuğundurunun 1 hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, çuğundurun bir hektar üçün məhsuldarlıq norması 8-930 sentner arasında, qiymət isə 30-60 manat/sentner arasında  müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31