"Facebook" "WhatsApp" istifadəçilərinin şəxsi yazışmalarını görə bilməyəcək
12 Yanvar 2021 14:15 Sosial"WhatsApp" messencerinin yeni siyasəti "Facebook"a istifadəçilərin şəxsi yazışmalarını əldə etmək imkanı vermir.
Olaylar.az-ın məlumatına görə, bu barədə "WhatsApp"ın yayımladığı bəyanatda deyilir.
Qeyd olunur ki, "Facebook" həm də istifadəçilərin əlaqə siyahısını da görməyəcək:
"WhatsApp", eləcə də "Facebook" sizin şəxsi yazışmalarınızı görmür və zənglərinizi dinləmir. "WhatsApp" yazışmaların və zənglərin qeydiyyatını aparmır və əlaqələrin siyahısını "Facebook"la paylaşmır".
Açıqlamada bildirilib ki, messencerdə qrup yazışmaları da gizlin qalır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31