"Astara" gömrük postunun kollektivi qazi əməkdaşlarını qarşıladı
12 Yanvar 2021 12:41 Sosial"Astara" gömrük postunun Vətən müharibəsində iştirak edən əməkdaşları cəbhədən qayıdaraq xidməti fəaliyyətlərinə başlayıblar. Dövlət Gömrük Komitəsində "Olaylar"a bildirilib ki, qazilərimiz iş yerində öz həmkarları tərəfindən alqışlarla qarşılanıb. Xidmətin rəhbərliyi və işçi heyəti onlara göstərdikləri şücaətə görə xüsusi təşəkkür edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunun 5 əməkdaşı Vətən müharibəsində iştirak edib, onlardan biri yaralanıb və hazırda müalicəsi davam edir. Ümumilikdə, Dövlət Gömrük Komitəsi sistemindən 60 əməkdaş ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarda iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31