Ombudsmanın sorğusuna nə vaxt baxılacaq?

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsi, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun 13.2.8-ci maddəsi və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 32.1-ci maddəsini rəhbər tutaraq, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Cinayət Məcəlləsinin 85.3-cü, 85.4-cü maddələrinin və Mülki Məcəllənin 1193-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinə sorğu verib. "Olaylar"ın məlumatına görə, hər iki sorğu mahiyyəti üzrə baxılmaq üçün Konstitusiya Məhkəməsi tərəfindən Plenum icraatına qəbul edilib. Sorğulara müvafiq olaraq Plenumun 29 yanvar və 2 fevral tarixlərinə təyin edilmiş iclaslarında baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31