Bəy toydan qaçdı, gəlini qonaqlardan birinə ərə verdilər
11 Yanvar 2021 11:48 SosialHindistanda kuryoz olay yaşanıb.
Hindistanın Karnataka şəhərində təşkil olunan toy mərasimi zamanı qəribə olay baş verib.
Mərasim zamanı Naveen adlı bəy toydan qaçıb. Bəyin olmadığını görənlər gəlini başqasına ərə vermək qərarına gəliblər. Qızın ailəsi toyda "mənim qızımla ailə qurmaq istəyən var?" deyə sual verdikdən sonra onu qonaqlardan birinə ərə veriblər.
İddialara görə, Naveenin toydan qaçma səbəbi başqasını istəməsidir. Belə ki, oğlanın sevdiyi qız onu başqasıyla evlənəcəyi təqdirdə özünü öldürməklə hədələyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31