DSMF Filialı kollektivindən kreativ addım
11 Yanvar 2021 10:57 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı maraqlı addım atıb. Fonddan "Olaylar"a bildirilib ki, filialın iş otaqlarına işğaldan azad olunan doğma yurd yerlərimizin adları verilib. Otaqlar Qarabağ, Şuşa, Laçın, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Xudafərin, Həkəri, Tuğ və s. adlandırılıb. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olan Surxay Nosuyevin atası, əslən Zəngilan rayonundan olan əməkdaş Əbdül Nosuyevin iş otağına isə "Zəngilan" adı verilib. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31