Tövlə Azərbaycan və Ermənistan arasında bölündü: Sərhəd oldu - FOTOLAR

Zəngəzur bölgəsinin Şurnuxu kəndində Ermənistan vətəndaşına məxsus mal-qara saxlanılan tövlə iki ölkə sərhəddinin tən ortasında yerləşdiyi üçün yarı bölünüb.

Olaylar.az  xəbər verir ki, bu barədə Ermənistanın ombudsmanı Arman Tatoyan bildirib.

Onun sözlərinə görə, sərhəd "Google" xəritə proqramına əsasən dəqiqləşdirilib. Nəticədə, evi Ermənistan tərəfdə qalan Styopa Movsisyan ad-soyadlı çobanın tövləsi sərhəddə yerləşdiyi üçün iki yerə ayrılıb, tövlənin yarısı Azərbaycan tərəfinə keçib.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31