Bakı-Qazax yolunda 6 avtomobil qəzaya düşdü: yaralılar var
9 Yanvar 2021 10:38 SosialKürdəmir rayonunda zəncirvari qəza baş verib.
Olaylar.az-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, bir neçə yük və minik avtomobili, ümumilikdə 6 maşın bir-birinə çırpılaraq qəzaya düşüb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, yaralılar var.
İlkin məlumata görə, qəzaya yollarda yaranmış buz səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Fotolar Amil Hacıyevə məxsusdur:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31