DOST Mərkəzinin əməkdaşları şəhid ailəsində olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin 2 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Vətən müharibəsində şəhid olan Ağaəmi Heybətovun ailəsində də olublar. "Olaylar" xəbər verir ki, Mərkəzin direktor müavini Vasif Qəribov ailəyə şəhid ailələrinin sosial təminat hüququları, həmin ailələrə yönələn sosial dəstək tədbirləri barədə məlumat verib. O, şəhid Ağaəmi Heybətovun ailəsinə də Prezidentin təqaüdünün təyin olunduğunu bildirib. Şəhid ailələri üçün nəzərdə tutulan bu təqaüdün yanvarın 1-dən 66,7 faiz artırılaraq 500 manata çatdırıldığını deyib. Təyin olunmuş təqaüdün alınması üçün bank kartı şəhidin anası Svetlana Heybətovaya təqdim edilib.  2 saylı Bakı DOST Mərkəzi tərəfindən ailənin yaşayışının daim diqqətdə saxlanacağı vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31