Baş Prokurorluq 13 milyon 283 min manatlıq əmlaka həbs qoyub
8 Yanvar 2021 14:31 Sosial"Hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib". Baş Prokurorluğun Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, bunu yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev bildrib. Baş prokuror qeyd edib ki, həmçinin 13 milyon 283 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31