Nazirlik iki əməkdaşını Vətən müharibəsindən sonra qarşıladı - FOTO
8 Yanvar 2021 13:36 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Firidun Quliyev və Orxan Məcidov cəbhə bölgəsindən tərxis edilərək iş başına qayıdıblar.
Nazirlikdən verilən məlumata görə, Vətən müharibəsinin ilk günlərindən düşmənə qarşı mübarizədə şərəfli döyüş yolu keçən Firidun Quliyev və Orxan Məcidov Fondun kollektivi tərəfindən böyük coşqu ilə qarşılanıb.
Qeyd edək ki, Xocavənd və Şuşa istiqamətində, eləcə də mühüm strateji yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən zenit raket taqımının komandiri olmuş leytenant Firidun Quliyev hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunub. Könüllü olaraq ordu sıralarına yollanaraq mühəndis-istehkam bölüyünün minatəmizləyən əsgəri olmuş Orxan Məcidov isə Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.