Əsli Kazımova: Adlarını milli qoyublar, amma antimilli fəaliyyətlə məşğuldurlar

"Cənab Prezidentin 2020 ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə qeyd etdiyi məsələlər olduqca önəmli məsələr idi. Xüsusən dövlətlə dialoqa getməkdən imtina edən bir qrup müxalif yönlü dəstələrlə bağlı cənab Prezidentin nitqində söylədiyi fikirlər əslində gənclərə bir mesaj kimi dəyərləndirilməlidir."

Bunu açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədri qeyd edib ki, iqtidarla dialoqlardan imtina edən dəstə zamanla gəncləri öz maraqlarında istifadə edirlər, onları yalnış yola sövq edirlər, Onların taleyi ilə, təhsili ilə oynayırlar: "Bu günə kimi həmin müxalif dəstənin istiqamətləndirdikləri və ya yönləndirdikləri gənclərin bir çoxu sövq edildikləri qanunsuz işlərdən dolayı azadlıqdan məhrum edilməklə üz-üzə qalıb. Amma sual edək ki, onların hansı birinin taleyi ilə maraqlanıblar? Təbii ki, heç biri ilə. Çünki həmin müxalif dəstəni xalq yox, sadəcə hakimiyyətə gəlmək maraqlandırır. Cənab Prezidentin də qeyd etdiyi kimi, həmin müxalif dəstə xain, satqın ünsürlərdən ibarətdir. Onların dövlət daxilində yürütdükləri məkirli siyasəti, biz müharibə dövründə də müşahidə etdik. 50 dən çox partiya birgə bəyanatlar, beynəlxalq təşkilatlara etirazlar edərkən belə, həmin müxalif düşərgə bu zaman belə səssiz qaldılar. O zaman sual edirəm, Azərbaycana ikili standartlardan baxan beynəlxalq təşkilatlarla dövlətdaxili bir qurup xain müxalif dəstənin fərqi nədir? Adlarını milli şura qoyublar, amma antimilli fəaliyyətlə məşquldurlar! Hər bir müxalif partiya hakimiyyətə gəlmək iddiasını ortaya qoya bilər, amma bu iddia dövlət və xalq maraqlarından üstün olmamalıdır."

Əsli Kazımova vurğulayıb ki, cənab Prezident çox düzgün qeyd etdi ki, gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır. Gənc nəsil kimin Azərbaycan torpaqlarını geri qaytardığını da, bilməlidir, işğalçı Ermənistanı da tanımalıdır, özünü müxalif düşərgə adlandıran amma xaricin verdiyi "sədəqə qrantlar" müqabilində öz dövlətində "erməniçilik" oynayanları da tanımalıdır: "Ermənilər necə Paşinyandan utanırsa, inanın ki, biz də aramızda belə, xain xislətli, Paşinyan təfəkkürlü insanların özlərini müxalif adlandırmasından utanmalıyıq."

Həmsöhbətimiz əlavə edib ki,  hər kəs iqtidarla uzlaşmaq məcburiyyətində deyil: "Cənab Prezident ölkədə mütləq demokratiyanın əsasını qoyub. Hər bir partiya dialoqa dəvət olunur, məcburi cəlb edilmir. Ötən il bir neçə partiya qeydiyyata alındı. Heç bir partiyanın qarşısında "dialoqa qatılmalısan" kimi şərt, öhdəlik qoyulmadı.  Dialoq çərçivəsində hakim dairə müxalif yönlü partiyaların, xüsusən parlamentdə təmsil oluna bilməyən partiyaların  dövlət idarəçiliyində təklif və istəklərini dinləmək üçün bir platformadır. Bundan imtina edən bir partiyanın fəaliyyəti sizcə nədir ki, o bu platformada iştirak etməkdən çəkinir? Partiya sadəcə hakimiyyətə gəlmək üçün var olmur axı. Belə partiyaların fəaliyyəti boyunca hansı xeyirli və faydalı təkliflərlə çıxışları olub axı? Bu gün əfsuslar olsun ki, partiyalar öz fəaliyyətlərini sadəcə seçkidən seçkiyə öz namizədləri ilə nümayiş etdirə bilirlər. Geridə qalan zamanı dəyərləndirmirlər. Əgər dövlət ayrı-seçkilik qoymadan hər kəsi dialoqa səsləyirsə, bu o deməkdir ki, iqtidar dövlət daxilindəki sağlam rəqabəti və siyasi sabitliyi qorumaq adına bir addım atmaq niyyətidədir. Buna cavab olaraq müxalif düşərgə nə edir? Bu günə kimi nə edib axı? Xaricdən qrant alırlar, adını qoyublar güya beynəlxalq təşkilatlara əməkdaşlıq edirlər. Bu günə kimi hansı beynəlxalq təşkilat çərçivəsində ermənilərə qarşı və ya dövlətin maraqları çərçivəsində hansısa bir çıxış ediblərmi? Qarabağla bağlı bu günə kimi bir abzas nitqləri varmı? Bu təfəkkürlə müxalif düşərgəni belə təmsil etmək utancvericidir."(iki sahil)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31