Yoluxma sayının azalması test sayının azalması ilə əlaqədar deyil - TƏBİB

Ölkədə COVİD-19-a yoluxma sayının azalması test sayının azalması ilə əlaqədar deyil.

Olaylar.az-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, sərt karantin tədbirlərinin yeni başlandığı günlərdə gündəlik yoluxma sayı 4000, hətta 5000-ə çata biləcək qədər idi:

"Bu gün isə gündəlik yoluxma sayı 1000-dən aşağı enib. Yoluxma sayının sağalma sayından az olması, bəzi günlərdə hətta iki dəfəyədək az olması ilə xəstəxanalarda yataq yerləri boşalır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31