Daha 685 nəfərdə koronavirus aşkarlandı
7 Yanvar 2021 16:43 SosialAzərbaycanda son sutkada koronavirus infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınıb, 1931 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada 27 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 222 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 203 527 nəfər müalicə olunaraq sağalıb, 2 845 nəfər vəfat edib. Hazırda 16 513 aktiv xəstə var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31