Sahib Alıyev: “Qarabağda təxribat törətməyə qalxanlar qətiyyətlə cavablarını alacaqlar”

"Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklində keçirilən toplantıda  Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyanın  Qarabağın dağlıq hissəsinə qanunsuz səfərilə bağlı  etdiyi xəbərdarlıq fikrimcə, təkcə rəsmi İrəvana ünvanlanmamışdı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, hiss olunur ki, bəzi çevrələr yenidən ötən əsrin 90-cı illərindəkinə bənzər siyasət yeritməyə çalışırlar. Məhz bunun nəticəsidir ki, Ara Ayvazyan kimi biri beynəlxalq normaları kobud şəkildə pozaraq iznsiz Azərbaycan torpaqlarına ayaq basmağa cəsarət edir: "Ümumiyyətlə, vəziyyət tam yoluna qoyulmayanadək Qarabağın Dağlıq hissəsinə Ara Ayvazyan kimi  Ermənistanın üzdəniraq  rəsmləri, silahlı  təxribatçı ünsürlər yox, orada yaşamaq haqqı olan ermənilər qayıtmalıydılar və Rusiyanın sülhməramlılarının da ən başlıca vəzifələrindən biri məhz buna dəqiq nəzarət etməkdir. Cənab Prezident Azərbaycan ordusunun Xocavənd rayonunda tərkisilah etdiyi terrorçu dəstənin ora noyabrın 26-dan sonra Ermənistanın Şirak vilayətindən gəldiyini bildirdi. Təbii ki, belədə sual yaranır ki, onlar Azərbaycan torpağına hansı adla və nə məqsədlə buraxılıblar? Həmən dəstəni göndərənlərlə buraxanlar kordinasiyalı hərəkət etməyiblər ki?  Bu qəbildən olan suallar çoxdur və ümid edirk ki,  Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağın dağlıq hissəsinin "texniki səhv"ə yol verilərək  "respublika" kimi göstərilməsi qarışıq belə sual doğuran məqamlar aradan qaldırılacaq. Və yaxşı olardı ki, o məkrli "respublika" səhvi necə operativliklə düzəldilmişdisə, digər sual doğuran məsələlərin həllində də oxşar davranış sərgilənsin. Bir sözlə,  Ali Baş Komandanımızın 2020-ci ilin yekunlarına həsr olunmuş toplantıdakı çıxışından aşağıda sizə təqdim etdiyim hissələrdən də göründüyü kimi arxasında hər kim durur-dursun, Qarabağda təxribat törətməyə qalxanlar qətiyyətlə cavablarını alacaqlar və elə alırlar da".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31