Senat təsdiqlədi - Co Bayden rəsmən ABŞ Prezidenti oldu
7 Yanvar 2021 13:28 SosialABŞ Senatı Co Baydeni ölkənin yeni Prezidenti kimi təsdiqləyib.
Olaylar.az xəbər verir ki, 3 noyabr seçkilərinin qalibi olan Co Bayden bir neçə dəqiqə öncə rəsmi şəkildə ABŞ Prezidenti elan olunub.
Xatırladaq ki, dünən Tramp tərəfdarları Konqresə hücum edərək Co Baydenin qələbəsinin Senat tərəfindən təsdiqlənməsinə mane olmağa çalışıb. Hadisələr nəticəsində 4 nəfər ölüb, 52 nəfər həbs edilib və ölkədə 15 günlük fövqəladə vəziyyət elan edilib. (sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31