Soyuqbulaq kəndinin ilk şəhidi

Əslən Qazax rayonu Qaymaqlı kəndindən olan Bəşirov Akif Vahid oğlu  1988-ci il noyabrın  8-də Ağstafa rayonunun Soyuqbulaq kəndində anadan olub.
 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub  və qüsursuz xidmət göstərib.
Kəndli ailəsində anadan olmuş Akif hərbi xidməti bitirdikdən sonra Bakıya işləməyə gəlir.
II Qarabağ  müharibəsi başlayarkən ailəsindən xəbərsiz könüllü olaraq döyüşlərə yollanır.
29.09.2020-ci ildən döyüşlərdə aktiv iştirak etmiş , ən qaynar nöqtələrdə vuruşaraq  Talış, Suqovuşanın alınmasında iştirak etmişdir. Elə Suqovuşan uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
08.10.2020-ci ildə Ağstafa rayonu Soyuqbulaq kəndinin ilk şəhidi olmuş və orada Şəhidlər xiyabanında dəfn olunmuşdur.
32-i yaşı  Şəhidlik zirvəsinə ucaldıqdan sonra Şuşanın azad olunduğu günlə birgə qeyd olundu. Bu ailəsinə böyük təsəlli oldu.
Şəhid Bəşirov Akif ölümündən sonra Suqovuşanın azad olunması üçün göstərdiyi qəhrəmanlığa görə  "Vətən Uğrunda" medalı ilə təltif olunmuşdur. Allahdan şəhidin ailəsinə səbr diləyirik. Məkanı cənnət olsun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31