Qənirə Paşayeva və Arzu Bağırova qəhrəman şəhidimiz Məhəmməd Əliyevin atası İlham Əliyevlə görüşüblər

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva və RHİMİB sədri A.Bağırova qəhrəman şəhidimiz Məhəmməd Əliyevin atası İlham Əliyevlə görüşüblər.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayonu, Böyük Xocavar kənd sakini, Vətən Müharibəsinin şəhidi Məhəmməd Əliyevin atası İlham Əliyevlə görüşüb.

Komitə sədri şəhid atasını düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: "Əziz Şəhid atası,

Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.

Oğlunuz Məhəmməd Vətən Müharibəsində cəsarətlə iştirak edib, canını Vətənimiz uğrunda fəda edib.

Şəhid oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib. Bu medal fədakar oğlunuza respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərkən, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.

Показать исходное сообщение

Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm"!

Şəhid atasına Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar təqdim edilib.

Görüşdə "Asiya.Az" saytının baş redaktoru Cəfər Cəfərov iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31