Qarabağ Müharibəsinin qazisi xəstəxanada intihar etdi - RƏSMİ
7 Yanvar 2021 04:55 SosialBu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumat Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31