Qəza törədərək aradan çıxan qadın saxlanıb

Bakıda yol qəzası törədərək qaçan qadın sürücü saxlanılıb. DİN-dən "Olaylar"a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Bakı şəhər sakini S.Hüseynovun xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Hyundai" markalı avtomobilin sürücüsü, paytaxt sakini Ç.Əliyeva müəyyən edilərək saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31