Paytaxt sakinlərindən 2 kq marixuana aşkar edilib
6 Yanvar 2021 14:42 SosialBakıda narkotik vasitələrin qeyri-qanuni dövriyəsi ilə məşğul olan şəxslər saxanılıb. DİN-dən "Olaylar"a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri olan 7 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 430 qrama yaxın heroin, 11 qramdan artıq metamfetamin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31