Karantin rejimini pozan oyun zalı aşkarlanıb
6 Yanvar 2021 14:32 SosialQax rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli fəaliyyət göstərən kompüter oyunları zalı aşkar olunub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı Marsan kəndi ərazisində Sakit Osmanova məxsus obyektə baxış keçirilən zaman obyekt sahibi və müştərilərin xüsusi karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər Polis Şöbəsinə dəvət olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31